Bakının bu ərazisində işıq yoxdur - Açıqlama

Paytaxtın Xətai rayonu Gəncə prospektində evlərin elektrik enerjisi ilə təchizatında tez-tez fasilələr yaranır. ONN media xəbər verir ki, bu barədə sakinlərdən daxil olan şikayətdə qeyd edilib. Onlar bildirib ki, son günlər ərazidə elektrik enerjisi qeyri-stabil verilir. Məsələ ilə bağlı açıqlama verən Azərişıq ASC-nin mətbuat katibi Tanriverdi Mustafayev bildirib ki, sözügedən ərazidə məhəllələlərarası komplekt transformator məntəqələrinə baxış keçirilir: “Transformator məntəqələri hasara alınır və onlara texniki baxış həyata keçirilir. Bu səbəbdən həmin ərazidə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranıb”.