Əsəd İdlibi BOMBALADI

Bəşər Əsəd rejimi Suriyanın İdlib şəhərinə aviazərbələr endirib. ONN media xəbər verir ki, hücum nəticəsində 12 nəfər həlak olub. Hava və qurudan edilən hücumun hədəfi bazar və bu kimi ictimai məkanlardakı dinc sakinlər olub. Yaralıların sayı çox olduğundan, ölü sayının artacağı ehtimal olunur.(publika)