Sabunçuda 23 yaşlı oğlanın qanı axıdıldı
Bakıda bıçaqlanma hadisəsi baş verib. ONN media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Xəlilov Ravin Dəmir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ətrafların kəsilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
