Bakıda məcburi eniş edən təyyarədən YENİ XƏBƏR

Bakıda məcburi eniş edən təyyarədən YENİ XƏBƏR

Rusiyanın “Azur Air” aviaşirkətinin Bakıda məcburi eniş edən təyyarəsinin sərnişinləri başqa reyslə Moskvaya göndərilib. ONN media bildirir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Qeyd olunub ki, yerli vaxtla saat 21:04-də təyyarə Bakıdan Moskvaya yol düşüb. Xatırladaq ki, Rusiyanın “Azur Air” aviaşirkətinin Qoa-Moskva marşrutu ilə hərəkət edən təyyarəsi texniki səbəblərlə əlaqədar Bakı aeroportunda eniş izni istəyib. Təyyarə yerli vaxtla saat 11:05-də uğurla eniş edib.

Geri qayıt