Bıçaqlanan mayorun son durumu - RƏSMİ

Bıçaqlanan mayorun son durumu - RƏSMİ


Səhiyyə Nazirliyi Tərtər rayonunda bıçaqlanan polis əməkdaşının durumu barədə məlumat yayıb.
Nazirlikdən ONN media-ya verilən məlumata görə, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib:
"Xəstəxanadan verilən məlumata görə qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir".
Geri qayıt