Sumqayıt stadionu təmirə bağlandı

Sumqayıt stadionu təmirə bağlandı

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurma işlərinə start verilib. ONN media xəbər verir ki, bu barədə "Sumqayıt" klubu məlumat yayıb. Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Arenanın yenidən qurulması məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Geri qayıt