Günün qoroskopu: müvəqqəti tənhalıq faydalı olacaq

ONN media milli.az -a istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - valideynlərlə, ailənin daha nüfuzlu nümayəndələri ilə ünsiyyət üçün münasib gündür. Məişət davranışı qaydaları və uşaqlıqdan mənimsənmiş mənəvi dəyərlər rəhbərlik, cəmiyyət, müttəfiqiniz və ya iş etikasının tələb etdiyi normalardan daha yaxın olacaq. Məhz bu vaxt ev və ailənin həyatınızda hansı yeri tutduğunu anlamaq imkanı əldə edəcəksiniz. Buğa - əlverişli gün deyil. Qarşınıza qoyduğunuz hədəflərə çatmaq çətin olacaq. Hətta bu hədəflər tamamilə əhəmiyyətsiz olsalar belə. Yardım və dəstəklərinə belə bağlamağa öyrəşdiyiniz adamlarla münaqişələriniz mümkündür. Yaşlı nəslin nümayəndələri sizi başa düşmürlər, hərəkətlərinizi pisləyirlər. Təəssüf ki, həmyaşıdlarınız arasında da sizin hərəkətlərinizi bəyənənləri tapmaq olmur. Əkizlər - gün, ilk növbədə, istirahət və qeyri-formal məşğuliyyətlər üçün münasibdir. Boğanaq ofisi tərk etmək və insan sevincinin gözəlliyini hiss etməyin əsl vaxtıdır. Təbiətdə olun, sevdiyiniz insanla ünsiyyət qurun. Əgər işsiz qala bilmirsinizsə, özünüzə qeyri-adi məşğuliyyət tapın və gündəlik praktikada tələb olunmayan istedadınızdan istifadə edin. Xərçəng - Günün birinci yarısında əsəbilikdən uzaq olun, mübahisə və münaqişələri qızışdırmayın. Çünki indi onlar asanlıqla alovlana bilərlər. Axşam saatları səfərlər, dostluq və ya romantik xarakterli tanışlıqlar üçün münasib vaxt deyil. Şir - bu gün istənilən məsələnin həlli davamlılıq və ardıcıllıq tələb edəcək. Artıq emosiya (qısqanclıq, şübhələnmək və ya başqasının sərvətinə qarşı paxıllıq) gördüyünüz işin keyfiyyətinə də, əhval-ruhiyyənizə də mənfi təsir edə ilər. İşlədiyiniz kollektivdəki intriqalarda iştirak etməyin və sakitcə öz işinizlə məşğul olun. Əgər utandırıcı sirriniz yoxdursa, dedi-qodulardan qorxmayın. Qız - Bu gün kifayət qədər gərgin olacaq. Günün birinci yarısında həddindən artıq emosional olacaqsınız. Bu, baş verənləri obyektiv qiymətləndirməyə və düzgün hərəkətlərə imkan verməyəcək. Bu vaxta yeni işlər salmaq tövsiyə olunmur. Münasibətləri ayırd etməyə, qohumlar və yaxınlarınızla küsülülüklərdən qaçmağa çalışın. Tərəzi - baş verənləri obyektiv qəbul etmək çətin olacaq. Siz xəyal və fantaziya dünyasına dala bilərsiniz. Reallıqla əlaqəni itirməməyə çalışın. Günün ikinci yarısında intuisiyanıza etibar etmək məsləhət deyil. Həmçinin, ətrafınızdakılar tərəfindən aldadılmaqdan da qorunmaq lazımdır.