Vilayət Eyvazovdan daha bir təyinat

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Faiq İlyasov vəzifəsindən azad edilərək, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini təyin edilib. ONN media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.