MSK bir nəfərin səlahiyyətinə xitam verdi

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin nümayəndəsinin səlahiyyətinə xitam verilib.
ONN media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb.
İclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.