"Tottenhem" məşhur futbolçusu ilə YOLLARINI AYIRIB?

"Tottenhem" klubu futbolçusu Kristian Eriksenlə yollarını ayırıb. ONN media xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İtaliyanın "İnter" klubuna keçib. Futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. İtaliya mətbuatı bu tarnsferin 20 milyon avroya başa gəldiyini yazsa da, komanda tərəfindən rəsmi məlumat açıqlanmayıb.