"Trabzonspor" "Fənərbaxça"ya rəqib oldu

Türkiyə kubokunda 1/4 finalın cavab oyunları keçirilir. ONN media xəbər verir ki, bu gün “Trabzonspor” 2-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb. İlk oyunda 5 cavabsız qolla qalib gələn qaradənizlilər bu dəfə rəqibini 4:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. “Ərzurumspor” – “Trabzonspor” – 1:4 Qollar: Gilerme, 9 (0:1), Ayaroğu, 17 (1:1), Gilerme, 46 (1:2), Parmak, 68 (1:3), Kınalı, 83 (1:4) Qeyd edək ki, “Trabzonspor”yarımfinada “Fənərbaxça” ilə qarşılaşacaq.