Məşhur iş adamı koronavirusa yoluxdu

Məşhur iş adamı koronavirusa yoluxdu

Yunanıstanın “Olimpiakos” və İngiltərənin “Nottinqem Forest” klublarının sahibi Evangelos Marinakisdə yeni tip koronavirus (Kovid-19) aşkarlanıb. ONN media  xəbər verir ki, bu barədə Marinakis sosial media hesabında açıqlama yayıb. 52 yaşlı iş adamı açıqlamasında bu sözlərə yer verib: “Koronavirus məni də ziyarət etdi. İctimaiyyəti bu mövzuda məlumatlandırmaq məcburiyyətində hiss etdim. Bütün lazımi tədbirləri gördüm. Özümü yaxşı hiss edirəm. Həkimlərin tövsiyələrinə əməl edirəm. Vətəndaşlara da eyni şeyləri tövsiyə edirəm”.(publika)

Geri qayıt