Teymur Rəcəbov koronavirusa görə KARANTİNƏ ALINDI

Azərbaycalı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya edib. ONN media bildirir ki, bu barədə tanınmış qrossmeyster şəxsi "İnstagram" səhifəsində məlumat paylaşıb. 33 yaşlı şahmatçı artıq 8 gündür karantində olduğunu bildirib. Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.