SON DƏQİQƏ - Bakı metrosunun iş saatı azaldıldı

Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərarlar qəbul edib. ONN media xəbər verir ki, qərara əsasən Bakı Metropoliteninin iş saatı azaldılıb. Belə ki, Bakı metrosunun iş vaxtı 29 martdan etibarən səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.