Azərbaycanda karantində neçə nəfər var? - RƏSMİ

Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb. Bu barədə ONN media -ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2 373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.