Ən yaxşı gənc FUTBOLÇULAR - İlk sırada..

İspaniyanın ESPN nəşri dünyanın ən yaxşı gənc futbolçularını müəyyənləşdirib. ONN media xəbər verir ki, siyahıya yaşı 21-dən az olan olan oyunçular daxil edilib. İlk pillədə Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb. İkinci sırada Almaniyanın “Borussiya” (Dortmund) klubunda çıxış edən Ceydon Sanço yer alıb. İngiltərə “Liverpul”undan Trend Aleksander-Arnold isə sıralamada 3-cüdür. Növbəti sıralarda İspaniya “Real Madrid”indən Vinisius Junior, Almaniya “Bayer”indən Kay Haverts, İtaliya “Milan”ından Canluici Donnarumma, “Borussiya”dan (Dordmunt) Erlinq Holand, “Real Madrid”dən Federiko Valverde və İspaniya “Atletiko”sundan Joau Feliş yer alıblar.(publika.az)