"Fiorentina"da 6 yeni koronavirus yoluxması aşkarlandı

"Fiorentina" klubunda yeni koronavirus infeksiyasına yoluxma halları aşkarlanıb. ONN media xəbər verir ki, bu barədə İtaliya təmsilçisi rəsmi saytı vasitəsilə bildirib. Altı nəfərin testi müsbət nəticə verib ki, onlardan 3-ü futbolçu, digər 3-ü isə klub işçiləridir. Xəstələrin adları ictimaiyyətə açıqlanmasa da, onların karantinə alındıqları vurğulanıb. Digər futbolçular isə mayın 8-dən klubun bazasına toplaşacaq və sosial məsafə qaydalarına riayət edərək məşqlərə başlayacaqlar.
Qeyd edək ki, ötən ay "Fiorentina"nın 3 futbolçusu - Patrik Kutrone, Herman Pesselya və Duşan Vlahoviç koronavirusa yoluxmuşdu.(Apasport.az)