“Yuventus” “Lion”la qarşılaşacağı TARİX MƏLUM OLDU

Çempionlar Liqası turnirində İtaliyanın “Yuventus” və Fransanın “Lion” klubları arasında 1/8 final mərhələsinin cavab oyunu avqustun 7-də Turində tamaşaçı olmadan keçiriləcək. ONN media xəbər verir ki, bunu Fransa komandasının prezidenti Jan-Mişel Ola bildirib. UEFA Liqasının oyunları koronavirus pandemiyası səbəbindən mart ayında dayandırılıb. Həmin vaxtadək 1/8 final çərçivəsində “Yuventus”-“Lion”, “Bavariya”–“Çelsi”, “Mançestr Siti”-“Real Madrid”, “Barselona”-“Napoli” cütlükləri yalnız ilk matçları keçirib. "Lion" öz meydançasında “Yuventus” klubuna 1:0 hesabı ilə qalib gəlib.