Məşhur futbolçunun qardaşı QƏTLƏ YETİRİLDİ

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Serj Oryenin qardaşı Kristofer Orye güllələnib. ONN media xəbər verir ki, hadisə səhər saatlarında Fransanın Tuluza şəhərindəki gecə klubunun yaxınlığında baş verib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Kristofer Orye 26 yaşında vəfat edib. Polis hadisə ilə bağlı araşdırma aparır. Qeyd edək ki, Kristofer Orye həvəskar liqada çıxış edirdi.