"Qalatasaray" ulduz futbolçusunu satdı

"Qalatasaray" ulduz futbolçusunu satdı

“Qalatasaray” klubunun müdafiəçisi Maykon Pereyra Roke Səudiyyə Ərəbistanına transfer olunub. ONN media xəbər verir ki, 32 yaşlı braziliyalı müdafiəçi “Əl Nəsr” klubuna keçib. 2019-cu ilin əvvəlindən “Əl Nəsr”də icarədə olan Maykonun bütün transfer hüququ bu kluba keçib. Onun keçidi üçün İstanbul təmsilçisi 1 milyon 430 min avro alacaq. Qeyd edək ki, braziliyalı müdafiəçi 2017-ci ildə “San Paulu”dan “Qalatasaray”a gəlmişdi.

Geri qayıt