"Yuventus" baş məşqçisini istefaya göndərdi

"Yuventus" baş məşqçisini istefaya göndərdi

İtaliya "Yuventus"u baş məşqçi Mauritsio Sarrini istefaya göndərib. ONN media  xəbər verir ki, 61 yaşlı mütəxəssislə əməkdaşlıq dayandırılıb. Turin təmsilçisi Çempionlar Liqasının 1/8 finalında Fransa "Lion"u tərəfindən səfər qolu prinsipi əsasında mübarizədən kənarlaşdırılıb - 0:1, 2:1. Sarri "Yuventus"a 16 iyun 2019-cu ildən rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında "Qoca Sinyora" "Napoli"yə uduzub.

Geri qayıt