AFFA-dan maraqlı addım: İnzibati binaya bayraqlar asıldı - FOTOLAR

AFFA-dan maraqlı addım: İnzibati binaya bayraqlar asıldı - FOTOLAR

AFFA maraqlı addım atıb. ONN media xəbər verir ki,  qurumun inzibati binasında Azərbaycan bayrağı ilə yanaşı, dörd futbol klubunun atributı da asılıb. Bunlar “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” klublarının bayraqlarıdır. AFFA bu dörd klubumuzun cari mövsüm Azərbaycanı avrokuboklarda təmsil etməsini nəzərə alaraq bu addımı atıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza bildirib ki, bu, rəhbərliyin ideyasıdır və həmin dörd kluba dəstək məqsədilə edilib.(oxu.az)

Geri qayıt