Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq. ONN media xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edəcək. C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub. Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb. UEFA Millətlər Liqası C liqası, I qrup 8 sentyabr 22:45. Kipr - Azərbaycan Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka Nikosiya. GSP stadionu Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq.