"Qarabağ" son anda məğlubiyyətdən belə QURTULDU

Bu gün futbol Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib. ONN media xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Belə ki, son çempion "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, bu nəticədən sonra "Sumqayıt" 7 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb, "Qarabağ" isə 5 xalla 4-cüdür.