Neftin qiyməyində dəyişiklik

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,55 dollar/barel çoxdur.
ONN media xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 18-də 69,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel çoxdur.