"Euronews" telekanalı Bakıda reportaj hazırladı - VİDEO

"Euronews" telekanalı Bakıda reportaj hazırladı - VİDEO


“Euronews” telekanalı Azərbaycanla bağlı reportaj təqdim edib.

ONN media xəbər verir ki, Azərbaycan Konqreslər Bürosunun təşəbbüsü ilə “Euronews” telekanalında yayımlanan “Destination” proqramı növbəti sayını Bakı Şopinq Festivalına həsr edib. Verilişdə  Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda  məlumat, iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmağın bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.

Azərbaycan Konqreslər  Bürosu Bakı Şopinq Festivalının dünyada tanıdılması və ölkəyə  turizm axınının artması üçün bu cür tanıtım və təbliğat  materialları  təşkil etməkdə davam edəcək.

[embed]https://www.youtube.com/watch?v=6eSzNZzkuVc[/embed]

Geri qayıt