Bitkoinin SON QİYMƏTİ

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son sutka ərzində ucuzlaşıb.
ONN media xəbər verir ki, 6,6 min dolalr ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti 1,19% ucuzlaşaraq 6 688 dollar təşkil edib.
Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 4,51% və ya 462,55 dollaradək ucuzlaşıb, "Ripple" 3,36% (0,461 dollara qədər), "Bitcoin Cash" 3,29% (724,02 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 264,05 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.