Türklər işləmək üçün ölkəmizi seçirlər

Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi uçot sistemində əlavə olaraq, 1 587 əcnəbiyə şəxsi hesab açılıb.
ONN media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindənxəbərə görə, iyul ayının 1-nə fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfər olub.
Onların sırasında Тürkiyə (20 174 nəfər), Gürcüstan (4 698 nəfər) və Rusiya (2 927 nəfər) vətəndaşları çoxluq təşkil edir.
Fondun fərdi uçot sistemində ümumilikdə 142 ölkənin vətəndaşları qeydiyyatdadır.