İranda dollar “tarixi rekord” vurdu

İranda 1 dollar 10 min tüməndən baha olub.
ONN media xəbər verir ki, bir neçə aydır yüksəlişi dayanmayan dollar bazarda 10 min 700 tümənə dəyişdirilir.
Hazırda 1 avro 12 min 650 tümən, 1 türk lirəsi isə 2 min 250 tümən dəyərindədir.
Tümənin qısa müddət ərzində dollar qarşısında dəyər itirməsi sonra Prezident Həsən Ruhani apreldə dolların 4 min 200 tümədə sabit saxlanılmasına və sərbəst bazarda alqı-satqının qadağan edilməsinə qərar vermişdi.
Dolların qəfil artımından əziyyət çəkən tacirlər bir müddət əvvəl aksiya keçirmişdi. Tehran bazarında dükənlar bir neçə gün bağlı qalmışdı.