BNA yeni qiymətləri AÇIQLADI

BNA yeni qiymətləri AÇIQLADI


Bakı Nəqliyyat Agentliyi (BNA) avtobuslarda yeni gediş haqlarının məbləğini açıqlayıb.

BNA-dan ONN media-ya verilən məlumata görə, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gedişhaqqı məbləği tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir.

125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.

“28 May” metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

 

Geri qayıt