Taksi xidmətlərindən istifadə artıb

Bu ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı vasitələri ilə 963 mln. 79,7 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən ONN media -ya bildirilib ki, sərnişinlərin 924 mln. 383,2 min nəfəri avtobusla, 38 mln. 696,4 min nəfəri taksilərlə daşınıb.
Beləliklə, sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Taksi xidmətlərindən istifadə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb.
Qeyd edək ki, paytaxtda 20-yə yaxın taksi şirkəti fəaliyyət göstərir.