Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

Sentyabrın 12-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.
ONN media xəbər verir ki, bu haqda Fond məlumat yayıb.
Tədbirə Çexiya iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir.
Biznes-forum Bakı Biznes Mərkəzində olacaq.