Bu dəmir yolları birləşdirilir

Bu dəmir yolları birləşdirilir


Seul və Pxenyan dəmir yollarının birləşdirilməsi üzərində işləyirlər.

ONN media trend -ə istinadən xəbər verir ki, bunu Koreya Respublikasının ərazi, infrastruktur və nəqliyyat nazirinin müavini Kim Çjon Rel Vladivostokda keçirilən Beynəlxalq iqtisadi forumda çıxışı zamanı bəyan edib.

O qeyd edib: "Bizim ölkələrimiz dəmir yollarının birləşdirilməsi üzrə işləri yerinə yetirirlər. Hazırda bu layihə çərçivəsində birgə araşdırma aparılır, həmçinin Hasan-Racin məntəqəsində konkret iş görülüb".

Nazir, həmçinin Koreya Xalq Demokratik Respublikası və Rusiya ilə birləşmiş dəmir yolları infrastrukturunun modernləşdirilməsinin vacibliyini vurğulayıb.

Geri qayıt