Nazir: Azərbaycan bu təcrübəni alternativ enerjinin inkişafı üçün istifadə etməlidir

Azərbaycanın xarici neft-qaz şirkətləri ilə əməkdaşlıqda qazandığı təcrübədən alternativ enerji sahəsində istifadə oluna bilər.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov VII Beynəlxalq "Caspian Energy 2018" forumunda bildirib.
Nazir qeyd edib ki, bərpa olunan enerji mənbələrindən istifadə üçün hazırda qanunverici baza yaradılır:
"Bu sahəyə özəl sektorun, xarici investisiyaların cəlbi və rəqabətqabiliyyətli mühitin yaradılması üçün islahatlar davam etdirilir".