Qızıl-gümüş bazarı ucuzlaşdı

Qızıl-gümüş bazarı ucuzlaşdı


Ölkədə qızıl və gümüş ucuzlaşıb.

ONN media xəbər verir ki, oktyabrın 31-də qızılın qiyməti oktyabrın 30-u ilə müqayisədə 18,9975 manat azalaraq 1 unsiya üçün 2068,4155 manat təşkil edib.

Gümüş 0,2183 manat ucuzlaşaraq 1 unsiya üçün 24,4553 manata bərabər olub.

Platinin qiyməti 4,3265 manat azalaraq 1416,5505 manat, palladiumun qiyməti isə 26,18 manat azalaraq 1838,4225 manat təşkil edib.

Geri qayıt