Azərbaycan neftinin qiyməti

Azərbaycan neftinin qiyməti


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 77,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,14 dollar/barel azdır.

ONN media xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 72,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 31-də 73,07 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 31-də 75,50 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

Geri qayıt