Ölkədə qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.
ONN media xəbər verir ki, dekabrın 10-da qızılın qiyməti dekabrın 7-i ilə müqayisədə 15,521 manat artaraq 1 unsiya üçün 2123,6145 manat təşkil edib.
Gümüş 0,1844 manat bahalaşaraq 1 unsiya üçün 24,8128 manata bərabər olub.
Platinin qiyməti 5,9755 manat artaraq 1346,8505 manat, palladiumun qiyməti isə 39,576 manat artaraq 2079,491 manat təşkil edib.