Azərbaycan neftinin qiyməti

Azərbaycan neftinin qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 58,27 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,93 dollar/barel çoxdur. ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 56,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,93 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 52,29 dollar/barel təşkil edib ki,  bu, əvvəlki qiymətdən 0,95 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 55,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,02 dollar/barel çoxdur.

Geri qayıt