Azərbaycanda iki sayt bağlandı

A24.az” və “GoldNews.az” xəbər portalları fəaliyyətini dayandırıb. ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, bu barədə sözügedən KİV orqanlarının baş redaktoru İlkin Mustafayev Feysbukda məlumat yayıb. Baş redaktor səbəbi açıqlamasa da, hər iki saytın dünəndən etibarən fəaliyyətini dayandırdığını qeyd edib.