İraqda partlayış - Ölənlər var

İraqın şimalındakı Tikrit şəhərində partlayış törədilib. ONN media bildirir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb. Daha 10 nəfər isə xəsarət alıb. Qeyd olunur ki, hadisə avtomobilə yüklənmiş partlayıcının işə salınması ilə baş verib. Partlayışla bağlı məsuliyyəti heç bir terror quruplaşması üzərinə götürməyib.