Yasamaldakı qaz partlayışı ilə bağlı Yasamal RİH-dən açıqlama

Yasamaldakı qaz partlayışı ilə bağlı Yasamal RİH-dən açıqlama

Yasamalda partlayışın səbəbi ehtiyatsızlıq olmuşdur. Xəbər verildiyi kimi, yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Yasamal Rayon İcra Hakimiyyətindən ONN media -ya verilən məlumata görə, həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olmuşdurmişdir. Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olmuşdur. Məsələnin araşdırılması davam edir.

Geri qayıt