SON DƏQİQƏ: Bakı metrosunda qatarlar dayandı - NƏ BAŞ VERİR?

SON DƏQİQƏ: Bakı metrosunda qatarlar dayandı - NƏ BAŞ VERİR?

Metroda qatarların hərəkətində problem yaranıb. ONN media xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə bu gün saat 19.30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib: "Stansiyadakı yol ayrıcında texniki nasazlıq yaranıb. Nəticədə bütün xətt üzrə qatarları qəbul etmək mümkün olmayıb. Qatarların hərəkətində dayanma olmasa da, intervalda 5-7 dəqiqə gecikmə yaranıb. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür".

Geri qayıt