Prezident geri addım atdı - “Postu gənclərə təhvil verəcəyəm”

Sudan prezidenti Ömər əl-Bəşir ölkədə qiymət artımı ilə bağlı davam edən aksiyalara görə geri addım atıb.
ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, o, xalqa səslənərək ölkənin idarəçiliyini gənclərə təhvil verəcəyini elan edib:
“Gənclərə səslənirəm. Özünüzü hazırlayın, biz idarəetməni təhvil verməyə hazırıq. Rəhbərliyə gəlmək istəyənlər 2020-ci ildəki seçkilərə hazırlaşsınlar”.
Qeyd edək ki, Sudanda 3 həftədir hökumət əleyhinə keçirilən aksiyalarda 19 nəfər ölüb, 406 nəfər isə yaralanıb.