ABŞ-ın sanksiyalarına riayət etməyəcəyik

ABŞ sanksiyaları qeyri-qanunidir və biz bunlara riayət etməyəcəyik. ONN media xəbər verir ki, bu sözləri İran Neft naziri Bijan Nemdar Zengene iraqlı həmkarı Samir Qezban ilə görüşündə deyib. O bildirib ki, sanksiyaların davam etdiyi müddətcə İranın neft ixracının həcmi və hədəfi açıqlanmayacaq.