Məsciddə GÜCLÜ YANĞIN

Məsciddə GÜCLÜ YANĞIN

Omskda məsciddə yanğın baş verib. ONN media xəbər verir ki, vilayət fövqəladə xidməti yanğının səhər saatlarında başlaması barədə xəbər yayıb. Yanğının miqyası böyük olduğu üçün hadisə yerinə 7 yanğınsöndürən maşın və 31 canlı qüvvə cəlb edilib. İnsident nəticəsində xəsarət alanların olması barədə hələ məlumat yoxdur. Məsciddə yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Geri qayıt