Nazirlik binasında partlayış: Bir neçə mühafizəçi...

Nazirlik binasında partlayış: Bir neçə mühafizəçi...

İsrailin Xarici İşlər Nazirliyinin (XİN) binasında gözyaşardıcı qaz qumbarası partlayıb. ONN media xəbər verir ki, bu barədə Qüds polisi məlumat yayıb. Bildirilib ki, olay nəticəsində binada olan bir neçə mühafizəçi xəsarət alıb. İlkin ehtimala görə, partlayış qaz qumbaralarının saxlanıldığı anbarda baş verib. Gözyaşardıcı qazın binanın digər otaqlarına yayılmaması üçün əməkdaşlara kondisionerləri söndürmək barədə tapşırıq verilib. İnsanların binadan təxliyyəsinə isə ehtiyac olmayıb.(axar)

Geri qayıt