Polis vertolyotu körfəzə düşdü

Polis vertolyotu körfəzə düşdü


Braziliyada hərbi polis vertolyotu Rio-de-Janeyroda Quanabara körfəzinə düşüb.

ONN media xəbər verir ki, vertolyotun göyərtəsində olan 4 nəfər xilas edilib.

Bildirilir ki, qəzaya uğrayan "Fenix 08" vertolyotu iki meqapolisi birləşdirən "Qırmızı xətt" avtomagistralına nəzarət edirmiş.

Vertolyotun hansı səbəbdən körfəzə düşməsi məlum deyil. Araşdırma başlayıb.

Geri qayıt