32 mindən çox müəllim küçələrə axışdı - Kütləvi etiraz

ABŞ-ın Los-Anceles şəhərində Müəllimlər İttifaqı ilə Birləşmiş Məktəb Regionu arasındakı narazılıq kütləvi tətilə səbəb olub.
ONN media CNN Türk-ə istinadən xəbər verir ki, iki qurum müəllimlərin maaşınən artırılması, dahaçox sinif rəhbəri və tibbi bacısı təyin edilməsi, daha kiçik siniflərin təşkil edilməsi kimi məsəllərdə razılaşma əldə etsə də, fond məbləği məsələsində ortaq məxrəcə gələ bilməyiblər.
Bu səbəbdən 32 mindən çox müəllim və məktəbə işçisi dərsləri boykot edərək kütləvi tətilə başlayıblar. Məktəblərə ehtiyat müəllimlərin cəlb ediləcəyi bildirilsə də, boşluğu aradan qaldırmağa kifayət etməyəcəyi qeyd edilib.
Qeyd edək ki, bu, Los-Ancelesedə 30 ildən sonra müəllimlərin ilk kütləvi tətilidir.