Rusiya Ermənistandakı tanklarını “Alagöz”ə çıxartdı

Rusiya Ermənistandakı tanklarını “Alagöz”ə çıxartdı

Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasının tank bölmələrinin hərbçiləri T-72B tankları vasitəsilə ikitərəfli döyüş qaydalarının işlənilməsinə başlayıb. ONN media xəbər verir ki, bu barədə məlumatı Cənub Hərbi Dairəsi yayıb. Tankçılara təlim “Alagöz” poliqonunda keçirilib. Döyüş atışları ilə yanaşı hərbçilər taktiki normativlərin icrası ilə də məşğul olublar. Ümumilikdə təlimdə 100 hərbçi və 30-dan çox hərbi texnika iştirak edib.(Axar)

Geri qayıt