"Ərdoğanla görüşməyə ehtiyac var"

"Ərdoğanla görüşməyə ehtiyac var"

Son dövrdə terrorçular tərəfindən keçirilən təxribatların sayı artıb, hətta onlar təhlükəsizlik bölgə üzərində nəzarəti gücləndirib. Bu səbəbdən Türkiyə rəhbərliyi ilə yeni fikir mübadiləsi aparmağa ehtiyac yaranıb. ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfərini şərh edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Liderlərin Suriyada həll prosesinin daha fərqli cəhətlərini müzakirə edəcəklərini deyən Uşakov xüsusilə də konstitusiya komitəsinin fəaliyyətə başlaması və İdlibdəki vəziyyəti gündəmə gətirəcəklərini bildirib. "Bu səfərdən sonra Rusiya, Türkiyə və İran arasında üçlü zirvənin Rusiyada keçirilməsini təklif edəcəyik. Sammitin tarixi hələ müəyyən olunmayıb, amma bunu Türkiyə və İranla görüşəcəyik və 23 yanvarda Ərdoğanla keçiriləcək danışıqlardan sonra üçlü zirvənin praktiki hazırlıqlarına başlayacağıq", - Uşakov qeyd edib.

Geri qayıt